Mənim həkimlik yolum, sadəcə bir peşə deyil, həm də həyatımı həsr etdiyim bir çağırışdır. 2010-cu ildə qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil oldum və Prezident təqaüdünə layiq görüldüm. Bu, mənim üçün yalnız uğurlu başlanğıc oldu. 2016-cı ildə universiteti Fərqlənmə Diplomu ilə bitirərək, özümü həkimlik sahəsində daha da inkişaf etdirmək qərarına gəldim.
İlk günlərdən etibarən qadın sağlamlığını qorumaq, onların ən mühüm anlarında yanında olmaq ən böyük məqsədim oldu. 2016-2019-cu illər arasında Mərkəzi Neftçilər Xəstəxanasında çalışdım, 2019-cu ildə isə Türkiyədə, Ankara Universitetində mama-ginekologiya üzrə uzmanlıq təhsili aldım. Yüksək riskli hamiləlikləri izləyərək, doğum və ginekoloji əməliyyatlarda böyük təcrübə qazandım. Hazırda Baku Medical Plaza Klinikasının Medilux filialında uzman Ginekoloq olaraq fəaliyyət göstərirəm. Həyatımda ən böyük uğurum, xəstələrimin güvənini qazanmaq və onlara sağlam bir gələcək bəxş etməkdir.
| | Hamiləlik Təqibi üçün müraciət formu. |
| | Hamiləlik Təqibi üçün müraciət formu. |